Dəyəri 5 milyondur: “Maykl Cordan” butsları gömrükdə qalıb

 Amerikalı məşhur basketbolçu Maykl Cordanın imzası olan 3 cüt idman ayaqqabısı Türkiyə Ticarət Bakanlığı tərəfindən satışa çıxarılıb. Qiyməti isə 5 milyon lirədir. İdman ayaqqabılarının niyə məhz Ticarət Bakanlığı tərəfindən satışa çıxarılmasının səbəbi var. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu idman ayaqqabıları ilə bağlı sənədləşmə başa çatmadığından gömrükdə tərk edilib. Ticarət Bakanlığı daha bir neçə əşyanın onlayn satışını təşkil edib. ABŞ Basketbol Liqasının (NBA) əfsanə isimlərindən biri Maykl Cordanın imzası olan 3 cüt idman ayaqqabısı da bu əşyalar arasındadır. Ayaqqabılar uzun müddət Ticarət Bakanlığının Mersindəki 2 saylı anbarında qalıb. Ayaqqabıların satışı üzrə auksion təşkil edilsə də, ona sahib olmaq istəyən tapılmayıb. Bundan sonra ayaqqabılar təkrar satışa çıxarılıb. Amma yenə də alıcısı olmayıb. Maykl Cordanın 1998-ci ildə NBA final oyununda geyindiyi butslar ötən il Nyu-Yorkda keçirilən açık satışda 2,2 milyon dollara satılıb. Bu, indiyədək satılmış ən bahalı ayaqqabılar olub. M.Cordanın karyerasının ilk illərində geyindiyi buts isə 2021-ci ildə 1,47 milyon dollara satılıb.