"Şuşada hər şey mükəmməl idi" - Akif Aşırlı 

"Azad Şuşamızda möhtəşəm bir gün yaşadıq". 
Sherg.az xəbər verir ki, bu sözləri  "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Şuşaya səfər təəsüratını bölüşərkən qeyd edib. 

 
Baş redaktor vurğulayıb ki, " Xarı bülbül " festivalında 87 yaşlı sevimli sənətkarımız Zeynəb Xanlarova  "Türkün qolu bükülməz " söylədi , muğam ustadımız Arif Babayev səhnədə göründü, Polad Bülbüloğlu gənc sənətkarlara qoşulub sövqlə oxuyub oynadı: 


"Şuşa öz ruhuna döndü. Ali Baş Komandan İlham Əliyev Şuşada barışdan, sülhdən  və qansız - qadasız ömür sürən Şuşanın gələcəyindən danışdı. Mükəmməl idi hər şey!".