Paşinyana qarşı etirazlar davam edir: 151 nəfər saxlanılıb

Ermənistanın baş naziri Nikol Paşinyana qaşı davam edən etiraz aksiyasında 151 nəfər saxlanılıb. 

Sherg.az xəbər verir ki, nümayişçilər Paşinyanın güya bəzi sərhəd kəndlərini Azərbaycana vermək qərarına görə istefasını tələb ediblər.

İnterfaks xəbər agentliyinin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün paytaxt İrəvanda etirazçılar bir araya gəlib.

Digər tərəfdən, Paşinyan ötən həftə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, iki liderin keçirdiyi görüşdə Rusiya qüvvələri və sərhədçiləri Ermənistanın müxtəlif bölgələrindən çəkilməyə razılaşıblar.