İyulun 6-da “Alleqoriya” incəsənət platformasının təşkilatçılığı ilə azərbaycanlı rəssam Tofiq Cavadov
haqqında seminar keçirilib.
Seminarda məruzəçi rəssam Fidan Bakıxanova və “Alleqoriya”nın təsisçisi Mədinə İlham Tofiq Cavadovun
yaradıcılığı, eksperimentləri, həyatı, həmçinin onun Azərbaycan incəsənətinə təsiri haqqında məlumat
haqqında məlumat veriblər.
M.İlham seminar haqqında açıqlamasında bildirib ki, Tofiq Cavadov xüsusi imzası olan, çərçivələrə sığmayan
bir şəxsiyyətdir:
“Buna görə də ilk seminarımızı məhz Tofiq Cavadov haqqında keçirdik. Sənətsevərlər onu “küləyi rəsm edən
rəssam” adlandırır. Mən isə onu “düşmənə qarşı fırçası ilə döyüşən rəssam” adlandırıram. Çünki Tofiq
Cavadov heç vaxt onu çərçivəyə salmaq istəyənlərə təslim olmadı. İncəsənət də elə budur.
Bu seminar haqqında çoxdan düşünürəm. Nəhayət, reallaşdıra bilirik. İnanıram ki, Azərbaycan incəsənəti
üçün faydalı, sənətsevərlər üçün çox maraqlı olacaq”.
M.İlham bildirib ki, bu cür seminarlar davamlı olacaq.
Seminarın adı, “Tramvay altında qalan adam” Tofiq Cavadovun qardaşı Mircavad Mircavadovun eyniadlı
əsərindən götürülüb. M.Mircavadov bu əsəri qardaşına həsr edib.
Qeyd edək ki, Tofiq Cavadov 37 yaşında qatar qəzasında faciəvi şəkildə dünyasını dəyişib.