"Difai" türbəsindəki boş məzar:"Şərq TV" təqdim edir  - VİDEO

 Köhnə Yasamal qəbristanlığında Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, elm adamları dəfn olunub. Onların hər biri əbədi dünya sakinləridir.

Azərbayan nəşriyyatı tərəfindən məzarlığa ziyarətə gələnlərin diqqətini girişin 8-ci sektorunda bir türbə cəlb edir. 
Bu kimin türbəsidir? 
Türbəni Hacı Adil Mirzəyev inşa etdirib. O, "Buntar" ləqəbini daşıyıb. Əsası 1906-cı ildə Əhməd bəy Ağaoğlu və yoldaşları  tərəfindən Gəncədə qoyulan "Difai" firqəsinin möhürü də türbənin üst hissəsində daşa köçürülüb.
Burada şəkli olanların "Difai" firqəsi ilə əlaqəsi olmasa da onların hər biri Azərbaycanın görkəmli nümayəndələridirlər.
Məlumatlara görə türbəni tikdirən Hacı adil Mirzəyev əslən gəncəlidir. Onun babası "Difai" firqəsinə mənsub olub. 

Daha ətraflı "Şərq TV" təqdim edir: