Tim Valz  Harrisə bir gündə 36 milyon dollar qazandırıb

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Minnesota qubernatoru Tim Valzı vitse-prezident elan etməsindən sonra 24 saat ərzində 36 milyon dollar ianə topladığı bildirilir.

Sherg.az xəbər verir ki, kampaniya rəsmiləri bir gündə belə yüksək ianə toplamasını Demokratik seçicilərin Valzın vitse-prezident seçilməsi üçün "entuziazmının əksi" kimi şərh ediblər.

ABŞ mediası da böyük məbləğdə ianələri Valzın işçi sinfi seçicilərinin dəstəyini qazanmaq üçün "kənd səslərinə müraciət etməsi gözlənilən məşhur qubernator" olması ilə əlaqələndirib.

Harrisin namizədliyini irəli sürdüyü ilk 24 saat ərzində onun kampaniyası üçün 81 milyon dollar ianə toplanıb və bunun bir prezidentliyə namizədin bir gündə topladığı ianə məbləği nəzərə alındıqda rekord olduğu bildirilib.

Demokrat Partiyasının seçki kampaniyası ilə bağlı verdiyi açıqlamada təkcə iyul ayında edilən ianələrin ümumi məbləğinin 310 milyon dollara çatdığı da vurğulanıb.