Kurskda savaş: Ukrayna ordusu 350 kvadrat kilometr Rusiya ərazisini ələ keçirib


 Rusiya hərbi qüvvələri Ukrayna əsgərlərinin Kursk bölgəsinə daxil olmasına qarşı durmaqda davam edir. Ukrayna ordusunun Kursk şəhərinə doğru irəlilədiyi və 350 kvadrat kilometr Rusiya ərazisini ələ keçirdiyi iddia edilir. 

Sherg.az xəbər verir ki, terrorla mübarizənin elan edildiyi bölgələrdə gərginliyin artması səbəbindən Belqorodun bəzi bölgələrinin boşaldıldığı açıqlanıb.

Xəbər verilir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın Kursk, Voronej və Belqorod vilayətləri üzərinə atdığı 18 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Rusiya Müdafiə Nazirliyi bu gün Telegram mesajlaşma proqramı vasitəsilə 11 İHA-nın gecə boyu sərhəddəki Kursk bölgəsini hədəf aldığını bildirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib: “Ukrayna ordusu son 24 saat ərzində 230-a yaxın əsgər və 38 zirehli texnika itirib”.

Bəyanatda bildirilir ki, “Ukrayna ordusu avqustun 6-dan indiyədək 1350 əsgər və 29 tank, 23 zirehli transportyor, 9 piyada döyüş maşını, 116 zirehli maşın və 20 avtomobil itirib”.

Kiyev rəhbərliyi Kurska başlatdığı hücumla bağlı məlumat paylaşmasa da, sosial mediada yayılan xəbərlərdə ukraynalı əsgərlərin Kursk şəhərinə doğru irəlilədiyi və 350 kvadrat kilometr Rusiya ərazisini ələ keçirdiyi iddia edildi.

Ukrayna əsgərlərinin Kursk vilayətinin Qonçarovka və Oleşnya kəndlərinə daxil olduğu bildirilib.

Sosial şəbəkələrdə bu kəndlərdə ukraynalı hərbçilərin bayraq qaldırdığı görüntülər paylaşılıb.