Müharibə bitir? - Zelenski planını Trampa, həm də Harrisə təqdim edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında şiddətlənən müharibə ilə bağlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Zelenski KİV-in Kursk hücumunun Qətərdə enerji infrastrukturuna hücumların dayandırılmasını müzakirə etmək üçün keçiriləcək danışıqlara təsir etdiyi barədə xəbərləri təkzib edib.

Amerikanın “Washington Post” qəzeti Ukrayna və Rusiyanın enerji və elektrik infrastrukturuna qarşı qarşılıqlı hücumları dayandıracaq mühüm razılaşmanı müzakirə etmək üçün bu ay Qətərə nümayəndə heyətləri göndərəcəyini bildirib.

Digər tərəfdən, Zelenski F-16-ların indiyə qədər çox yaxşı nəticələr verdiyini və Rusiyanın son hücumunu dəf etmək üçün istifadə edildiyini bildirib.

O, həmçinin müharibənin dialoq yolu ilə bitə biləcəyini, lakin Ukraynanın güclü mövqedə olması lazım olduğunu bəyan edib və Ukraynanın ilk ballistik raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

ABŞ ilə münasibətlərə toxunan Ukrayna lideri Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa Rusiya ilə müharibəni necə bitirmək barədə plan təqdim etməyi planlaşdırdıqlarını açıqlayıb.

O, planda diplomatik və iqtisadi cəbhələrdə atılacaq addımlarla yanaşı, Rusiyanın Kursk bölgəsinə hücumu da ehtiva etdiyini və planı ABŞ prezidenti Co Baydenə təqdim edəcəyini bildirib.

O, sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcəyinə ümid etdiyini bildirib.

Zelenski əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanı müdafiə etməkdən daha çox Ukraynanın işğalında maraqlıdır.