Əsəd qaçqınlar da daxil olmaqla ümumi AMNİSTİYA ELAN EDİB

 Suriya prezidenti Bəşər Əsəd imzaladığı fərmanla 2024-cü il sentyabrın 22-dən əvvəl cinayət törətmiş şəxslər, o cümlədən qaçqınlar üçün amnistiya elan edib.
Fərmanda Hərbi Cinayət Məcəlləsində elan edilmiş daxili və xarici qaçma cinayətləri törətmiş şəxslərə verilən cəzanın bütün müddətinə ümumi amnistiya nəzərdə tutulur.

Bu fərmanın müddəaları üç ay ərzində ölkə daxilində və dörd ay ərzində xaricdə təslim olmadıqda, gizlənən və ədalətdən qaçan şəxslərə şamil edilmir.

Fərmanda, həmçinin cəmiyyətə və dövlətə ağır qəsd təşkil edən bəzi cinayətlər, rüşvətxorluq, saxtakarlıq və ictimai əxlaqa zidd olan bəzi cinayətlər istisna olmaqla, bütün cinayətlərə və pozuntularla bağlı cəzalara görə ümumi amnistiya nəzərdə tutulur.