Paris rejimi bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir
21-ci əsrin hüquq və azadlıqlar əsri olacağı müxtəlif beynəlxalq kürsülərdən dəfələrlə elan olunsa da, neokolonializmə qarşı mübarizə məsələləri bəşəriyyət üçün hələ də öz aktuallığını saxlamaqdadır. Üstəlik, neokolonializm ənənələrini yaşadanlar, müstəmləkəçilik, sömürgəçilik siyasətini bu və ya digər üsullarla davam etdirənlər ilk növbədə məhz demokratiyadan, insan hüquq və azadlıqlarından, beynəlxalq hüququn aliliyindən dəm vuran böyük dövlətlərdir.
Bu dövlətlərin başında isə Fransa gəlir. Afrika qitəsində (Niger, Mali, Konqo, Burkina-Faso və s.) mənfur neokolonializm siyasəti iflasa uğrayan Fransa, bu gün həmin siyasətini “Dənizaşırı bölgələr” adlandırdığı ərazilərdə davam etdirir. Lakin bunu da qeyd etməliyik ki, Fransa kimi ölkələrin iyrənc neokolonializm siyasətinə qarşı mübarizə hərəkatı artıq get-gedə genişlənməkdədir və bu prosesdə Azərbaycanın fəallığı xüsusilə təqdirəlayiqdir. Son 4 ildə Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq platformaya uğurla sədrlik etmiş Azərbaycan bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılmasına böyük töhfə verib.
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfranslarda dəfələrlə bu məsələyə toxunulub. Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən insanlar Parisin onların nəinki torpaqlarını, mədəniyyəti, insani keyfiyyətlərini də əllərindən aldıqlarını, iqtisadiyyata ziyan vurduqlarını xüsusi vurğulayıblar.
Qeyd edək ki, Fransanın dəniz aşırı müstəmləkəsi Martinik adasında vəziyyət getdikcə ağrlaşır. Son günlərdə burada qiymət artımına qarşı etirazlar polislə toqquşmaya çevrilib. Ticarətçilər yalnız Martinikdə tətbiq edilən xüsusi dəniz vergisinin ləğvini tələb edirlər.Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar.
Ən dəhşətlisi odur ki, zəhərli olmasına rəğmən Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Tətbiq etdikləri zəhərli maddələr nəticəsində əhalinin 90 faizi zəhərlənib və çox adamda xərçəng xəstəliyi yarandı. Fransa bu məsələ ilə bağlı həkimlərə belə danışmağa icazə verməyib. Nəticədə Martinikin torpaqları uzun illərdi zəhərlənib və xərçəng göstəriciləri dünyada ən yüksəkdir.
Təəssüflər olsun ki, Fransa Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin maddələrini kobudca pozur. Öz müqəddəratını təyinetmə hüququnun əsas tərifi heç bir məcburiyyət və kənar müdaxilə olmadan özünü idarəetmə və öz xalqı tərəfindən siyasi birliyin idarə edilməsidir. Kollektiv hüquq kimi öz müqəddəratını təyin etmə hüququ, xalqa öz siyasi mənsubiyətini və statusunu müəyyənləşdirməyə, siyasi statusunu yerinə yetirməyə və mədəni, etnik quruluşunu, dil, tarixi və ya coğrafi kimliyini və sosial, iqtisadi və mədəni inkişafını kənar müdaxilə olmadan qoruyub saxlamağa imkan verən İnsan Hüquqlarının əsas prinsipidir.
Xalqların öz müqəddəratını təyinetmə hüququ əsasən 1940-cı illərin müstəmləkə prosesi, müstəmləkə ölkələrinin və xalqlarının müstəqillik bəyannaməsi və 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin elan edilməsi ilə bağlıdır.
BMT Nizamnaməsinin Ön sözü və 1-ci maddəsi üzv dövlətləri xalqların öz müqəddəratını təyinetmə hüquqlarına hörmət etməyə məcbur edir.
1993-cü ildə Vyanada keçirilən BMT-nin Dünyanın İnsan Hüquqları Konfransı, öz müqəddəratını təyin etmə hüququnun beynəlxalq insan hüquqlarının vacib prinsipi olduğunu qəbul edərək bütün dövlətlər tərəfindən yekdilliklə qəbul edilmiş son Bəyannaməsində bildirir: “Bütün xalqların öz müqəddəratını təyin etmək hüququ var. Bu hüquq sayəsində xalqlar öz siyasi statuslarını sərbəst müəyyənləşdirirlər və iqtisadi, sosial və mədəni inkişaflarını təmin edirlər. … Ümumdünya İnsan Hüquqları Konfransı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq bildiri ki, xalqların öz müqəddəratını təyin etmə hüquqlarını və öz müqəddəratlarını təyin etmə hüquqlarını həyata keçirmək hüququna malikdir. Ümumdünya İnsan Hüquqları Konfransı, öz müqəddəratını təyin etmə hüququnun pozulmasını insan hüquqlarının pozulması kimi görür və bu hüququn səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır.
BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. 1541 (XV) saylı qətnaməyə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. Fransanın Martinikdə keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur.
Martinikdə keçirilən referendumlar beynəlxalq hüquqa görə xalqın öz müqəddəratını tam təyin etmək hüququnu əks etdirmir.
Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb.
Fransanın referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edirlər.
Yerli əhali qondarma referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edir, onun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar.qeyd edək ki, 1946-cı il də keçirilən qanunsuz Referendumla Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir. 2003-cü il
Referendumunun da nəticələri Fransa tərəfindən saxtalaşdırılır və Fransanın ərazidə qeyri qanuni fəaliyyəti daha da gücləndirilir.
2010-cu ildə təşkil edilən qondarma Referendumda isə Fransa Martinik xalqının iradəsinə zidd addımlar atır və onların hüquqlarını daha da məhdudlaşdırır.
Martinik xalqının iqtisadi və sosial ədalət haqlarının repressiyaya məruz qaldığını vurğulayan Politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında deyib ki, Fransa rəsmiləri başqa vaxt car çəkirlər ki, xalqların öz müqəddəratını təyin etmək kimi toxunulmaz və müqəddəs hüquqları var, ona toxunmaq olmaz.
Demokratiya, insan hüquq və azadlıqları ilə bağlı problemlər dövlətlərin daxili işi deyil, ümumbəşəri məsələlərdir və.s . Fransanın neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Fransanın öz müstəmləkə keçmişinə, soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Cənubi Qafqaz regionunda neo-kolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir.
Politoloqun sözlərinə görə, müstəmləkəçiliyin ən qəddar, acımasız formasını, insanlara qarşı terror və qırğınlarla müşayiət olunan hadisələri Fransa həyata keçirib:
“Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Fransanın müstəmləkə siyasətinin bariz nümunəsini bu gün Martinikdə görmək mümkündür. Paris bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir, öz mövqeyindən çəkmir. Dünyada hegemonluq edən və maraqlarına uyğun gələndə danışan, gəlməyəndə isə bütün hissetmə duyğularını itirən dövlətlər indi də Martinik xalqının iqtisadi və insani haqlarının ciddi şəkildə pozulmasına göz yumur. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətləri hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Fransa yerli xalqın ləyaqətini alçaltmaq siyasəti tətbiq edir, insanlıqdan kənar davranış sərgiləyir. İnsanlar da bu siyasətin qurbanı olur, düşüncəyə inanır, gələcək nəslə bu fikri ötürür. Nəticədə də gənc nəsil bu düşüncədə, mədəniyyətdə, dünyagörüşündə yetişir. Belə olan halda onlar öz suverenliyini, müstəqilliyini anlamır. Bu da Fransanın xalqlar üzərində hegemonluğuna şərait yaradır. Fransanın apardığı siyasət nəticəsində yerli xalq özünü torpaqlarının sahibi hesab etmir. Bəs çıxış yolu varmı? Təbii ki var. Yerli xalq olaraq itirilmiş hüquqları bərpa etmək üçün digər xalqlarla birlikdə hərəkət edilməlidir. Bu cür tədbirlər müstəmləkə altında olan xalqları birləşdirməkdə də rol oynaya bilər”.