Adları düz hədəfə dəyən milli silahlarımız!
"Ölkəmiz super müasir silahlar istehsal etməyə başlayıb. Adları da olduqca maraqlıdır, möhtəşəmdir". Bu barədə siyasi şərhçi, tanınmış araşdırmaçı-jurnalist Bəybala Mirzəyev deyib. Ekspert bildirib ki, həmin silahlardan biri "Turan-1" avtomatıdır:
"Bu günlərdə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən bu atıcı silahımız rusların məşhur "Kalaşnikov"undan və amerikanların populyar "M-16"larından əsla geri qalmır.
Bir sözlə, "Turan-1" düşmənlərimizə gücümüzü göstərməyə qadir olan yeni silahlardan biridir. Artıq “Zəngəzur” adlı milli dronumuz da var. Sərgidə nümayiş etdirilən "Zəngəzur" pilotsuz uçuş aparatı (PUA) çoxfunksiyalıdır. Bu gedişlə Azərbaycan öz silah-sursat ehtiyaclarını ödəməklə yanaşı, tezliklə dünyanın fəal silah ixracatçılarından birinə çevriləcək. Cənubi Qafqaz kimi qan çanağı olan və dünya güclərinin maraqlarının toqquşduğu "qaynar" bir bölgədə silah istehsalçısı və ixracatçısı olmaq hava-su kimi vacibdir və bu, böyük üstünlükdür".