
Millət vəkili: "Azərbaycanın BRİKS-lə əməkdaşlığı milli maraqlarımızın realizə olunması baxımından olduqca mühümdür"
09:21 25.10.2024
Siyasət
605
"BRİKS dünya iqtisadiyyatının və demoqrafiyasının üçdə ikisini əhatə edir"
"Hazırda dünya yeni münasibətlər sisteminə qədəm qoymaqdadır və həm siyasi, həm də iqtisadi tərəfdaşlığın yeni imkanları yaranır. Bu kontekstdə BRİKS də dünyanın yeni alternativ iqtisadi platformalarından biridir".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, BRİKS üzvlərinə nəzər yetirsək görəcəyik ki, bu platforma dünya iqtisadiyyatının və demoqrafiyasının üçdə ikisini əhatə edir:

"Hələ formalaşmaqda olan bu platforma həm iqtisadi, həm siyasi əməkdaşlıq baxımından çox böyük perspektivlərə malikdir. Coğrafi baxımdan isə genişmiqyaslı bir coğrafiyanı əhatə edir. Ona görə də Azərbaycanın bu təşkilatda iştirakı milli maraqlarımızın realizə olunması baxımından olduqca mühümdür. Çünki Latın Amerikası ölkələrindən tutmuş Şərqi Avropaya qədər Rusiyaya qədər uzanan bir coğrafiyada Azərbaycanın çox böyük maraqları var. Azərbaycan Prezidenti vurğulayıb ki, bizim xarici siyasətimiz milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasətdir. Bu mənada coğrafiya fərqi olmadan qloballaşan dünyada Azərbaycan özünün iqtisadi və siyasi maraqlarını təmin etmək üçün bütün platformalardan istifadə edir".
Parlament üzvü diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin BRİKS sammitində çox arzuolunan qonaq kimi qarşılanması və ona göstərilən xüsusi diqqət təşkilata üzv ölkələrin Azərbaycana yüksək marağı kimi qiymətləndirilməlidir:
"Nəticə etibarilə BRİKS-in onurğa sütununu təşkil edən Çin, Rusiya kimi ölkələr həm də çox fərqli platformalarda Azərbaycanla tərəfdaşdırlar. Nəzərə almaq lazımdır ki, Çin və Rusiya ilə Azərbaycanın əməkdaşlığı son illərdə tamamilə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın həyata keçirdiyi kommunikasiya layihələri həm də Çinin Avropaya keçən alternativ marşrutudur. Bunlara diqqət yetirsək, BRİKS-in nə qədər əhəmiyyətli platforma olduğu aydınlaşar. Azərbaycan da öz maraqları üçün bu qurumdan çox məharətlə istifadə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət