Blinkenin Livan çağırışı: “Diplomatik həll yolu tapılmalıdır”

ABŞ dövlət katibi Antoni Blinken İngiltərənin paytaxtı Londonda verdiyi açıqlamada İsrailin hərbi əməliyyatlarından sonra Livanda da diplomatik həll yolu tapılması lazım olduğunu vurğuladı.
Sherg.az xəbər verir ki, Blinken deyib: “Bizim diplomatik həllə nail olmaq və İsrail və Livan arasında real təhlükəsizliyi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tam şəkildə yerinə yetirmək üçün əsl təcili iş görülməsini vacib hesab edirik”. 

Blinken bəyan edib ki, bu qərarın icrası “sərhədin hər iki tərəfindəki insanların öz evlərinə qayıtmaq üçün inamlı olması” üçün vacibdir.