Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı olub.
APA xəbər verir ki, telefon danışığı zamanı liderlər Suriyanın ərazi bütövlüyünə dəstək ifadə ediblər.
Ərdoğan Ankaranın PKK terror təşkilatının və onun uzantılarının Suriyadakı son hadisələrdən istifadə etməsinin qarşısını almaq üçün addımlar atdığını qeyd edib.