
ABŞ rəhbərinin məqsədi aydındır - RƏY
Yusif Nəzərli
05:07 10.12.2024
Gündəm
448
Tramp hər zaman deyib ki, NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərinə düşməməlidir
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib. O, bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Tramp vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq. Tramp Ukraynaya hərbi yardımı azaldacağını da elan edib. Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı sualı cavablandıran Tramp qeyd edib ki, o, vəzifəyə gəldikdən sonra Kiyev ABŞ-nin əvvəlki səviyyədə dəstəyini görməyə bilər.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a vurğulayıb ki, Donald Trampın açıqlaması, əslində, Qərb ölkələrinə mesaj və blef kimi də dəyərləndirilə bilər. Ekspertin sözlərinə görə, Tramp bundan öncəki hakimiyyəti dövründə NATO-ya üzv dövlətlərin hərbi alyansa dəstəyini artırmaq məqsədilə həmin dövlətlərdən Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizini təşkilata ayırmalarını istəyirdi:
"Amma Trampın ozamankı tələbi NATO üzvləri tərəfindən yerinə yetirilmədi və belə bir məbləğ ödənilmədi. ABŞ rəhbərinin məqsədi aydındır. Tramp hər zaman deyib ki, NATO-nun maliyyələşməsinin bütün gücü ABŞ-nin üzərinə düşməməlidir. Avropa ölkələri də maliyyə ayrılması məsələsində əsaslı rol oynamalıdır. Ona görə də Avropa ölkələrinin hərbi alyansın maliyyələşməsində iştirak payını çoxaltmaq məqsədilə bu cür mesajlar verir. Ancaq ABŞ-nin NATO-dan çıxacağı inandırıcı görünmür. Vaşinqtonun Kiyevə dəstəyi də qaçılmazdır. Ola bilsin, maliyyə məsələsində müəyyən azalmalar müşahidə olunsun, amma bu, dəstəyin tamamilə kəsilməsi anlamına gəlmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğradı
03:55 16.06.2026
Dünya
Space TV-yə yeni bədii rəhbər təyin olundu
02:34 16.06.2026
Media
"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq
01:39 16.06.2026
Region
Tramp: ABŞ Hizbullahla qısa söhbət etməlidir
01:21 16.06.2026
Dünya
Ərdoğan Quterreşlə regionu müzakirə etdi
00:57 16.06.2026
Dünya
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya