Suriyanın yeni hakimiyyətinin əsas məqsədi xalq əleyhinə cinayətlərə qarışmış olan hər kəsi (keçmiş Bəşər Əsəd rejiminin təmsilçiləri) məsuliyyətə cəlb etməkdir.
Teleqraf.com xəbər verir ki, bu barədə yeni hakimiyyətin nümayəndəsi Übeyd Arnaut bildirib.
“Bizim prioritetimiz dövlət institutlarını qorumaq və onları müdafiə etməkdir. Suriya xalqının əleyhinə cinayətlər törətmiş hər kəs qanunla mühakimə olunacaq”, - deyə o qeyd edib.