Moskva–İrəvan reysi ilə uçmağa hazırlaşan təyyarədə ölüm faktı qeydə alınıb.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə “Armenian Airlines”ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaşı 50-yə yaxın olan şəxsin vəziyyəti qəflətən pisləşib. Həm ekipaj üzvlərinin, həm də təyyarədə olan iki həkimin ona ilkin yardım göstərmək cəhdləri uğursuz olub.
İstintaqçılar cəlb edilib, araşdırma başlanıb.