Blinken İranı ələ saldı: Döyüşəcək halda deyil!

İran heç kimlə döyüşmək iqtidarında deyil. Bunun Suriya üçün real müsbət nəticələri oldu.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken “Faynənşl Tayms”a müsahibəsində deyib.

O əlavə edib ki, əsas məsələ mövcud vəziyyəti müsbət və davamlı nəticəyə çevirmək və Tramp administrasiyasına estafeti öz üzərinə götürə bilməsi üçün mümkün qədər çox yardım göstərməkdir.