İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Filadelfiya dəhlizinə çəkilməyə başlayıb.
APA-nın xəbərinə görə, bu barədə “Yerusalem Post” məlumat yayıb.
İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Misirlə-Qəzza zolağının sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilir.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.
HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bazar günü mübadilədə azad edilməsi planlaşdırılan israilli girovların siyahısının İsrailə təhvil verilməsinin texniki səbəblərdən gecikdiyini aşıqlayıb. Bildirilib ki, qrupun əməliyyat bölmələri arasında əlaqə fiziki olaraq kuryerlər vasitəsilə həyata keçirilib və bu, İsrailin davam edən hava hücumları fonunda girovların siyahısının tərtibində gecikmələrə səbəb olub.
Səudiyyə Ərəbistanın “Al Hadath” telekanalı HAMAS-ın israilli girovların siyahısını yaxın saatlarda İsrailə təqdim etməyi planlaşdırdığı barədə məlumat yayıb.