
Fransa və Rusiyanın “parçala və hökm sür” siyasəti: Postkolonializm davam etdirilir
10:23 12.02.2025
Aktual
477
Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bu fikirləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində səsləndirib.
Azərbaycan Prezidenti deyib ki, bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, prezidentin diqqətə çatdırmaq istədiyi məsələ hazırda uzun əsirlər boyunca dünyanı cənginə alan imperializm, kolonializm və dövlətlərin daxili işlərinə qarışmaq siyasətinin davam etdiyini göstərməkdən ibarətdir:

“Bu gün özlərini demokratiyanın, insan haqlarının, sabitliyinin carçısı kimi qələmə verən dövlətlər mövcuddur. Həmin dövlətlər tərəfindən qeyri-adekvat siyasətin, postkolonializmin davam etdirilməsinin şahidi oluruq. Fransanın Afrika, Yaxın Şərq, Qafqazdakı mövqeyi, Rusiyanın isə Müstəqil Dövlətlər Birliyinə yönəlik siyasəti “parçala və hökm sür” ritorikasına əsaslanır. Eyni zamanda digər böyük güclərin də dedikləri və əməlləri arasında kəskin fərqlərin olduğunu görürük. Bu dövlətlər bir tərəfdən sabit dünya düzənindən, digər tərəfdən isə ölkələrin daxili işlərinə qarışaraq öz kirli ambisiyalarını həyata keçirirlər. Fransa Cənubi Qafqazda Ermənistanın "qara qaşına, qara gözünə vurulmayıb". Rusiya da Ukraynada sabitlik niyyəti qətiyyən güdmür. Bunların hamısının arxasında geosiyası maraqlar, təbii resurslar və digər məkrli niyyətlər dayanır. Əgər özünü böyük güc sayan dövlətlər hegemonluq niyyətlərini qırağa atıb sabitlik və inkişaf üçün əllərini danış altına qoysalar dünya bu gün daha gözəl olardı və müharibələr belə intensiv xarakter daşımazdı. Yaxın və Orta Şərqi silkələyən İsrail-Fələstin münaqişəsi bu günə qədər niyə həll olunmayıb? Bunun arxasında regional və böyük güclərin geosiyasi ambisiyaları dayanır. İmperialist keçmişi olan ölkələrin daha aktiv fəaliyyəti dünyanın sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region