İstanbulda aksiya qadağasının müddəti ilə bağlı QƏRAR

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanmasından sonra etiraz aksiyasının keçirilməsinə tətbiq olunan qadağa davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Yeni qərara əsasən, İstanbulda aksiya və nümayişlərin keçirilməsinə tətbiq olunan qadağanın müddəti martın 27-nə qədər uzadılıb.

Qeyd edək ki, bundan əvvəl İstanbul valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün aksiya və nümayişlərə qadağa qoymuşdu.