ABŞ aprelin 2-dən etibarən Venesueladan neft və qaz alan üçüncü ölkələrə 25% rüsum tətbiq edəcək.
APA xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “Truth Social” hesabında bəyan edib.
“Venesueladan neft və ya qaz alan hər bir dövlət ölkəmizlə apardığı ticarətdə ABŞ-a 25% rüsum ödəməyə məcbur olacaq”, - Tramp qeyd edib.