Havaların qəfil dəyişməsi xəstəlikləri çağırır
Yusif Nəzərli
17:15 24.03.2025
Sağlamlıq
504
Xüsusilə mövsümi keçidlər zamanı havanın temperaturunun birdən-birə yüksəlməsi və azalmasının xəstəliklərin sürətlə yayılmasına səbəb olduğu bildirilib.
Sherg.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi Sincan Təhsil və Araşdırma xəstəxanasında yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi olaraq çalışan Prof. Dr. Fatma Aybala Altay havaların qəfil isinməsi və soyumasının camaat arasında xəstəlik səbəbi kimi göründüyünü, əsl səbəbin isə virus və bakteriyalar olduğunu vurğulayıb.
Soyuq havanın dolayı yolla immun sistemini təsir etdiyini bildirən Altay, "Ani soyuq havaya tək məruz qalma insanı birbaşa xəstə etməz. Bunun baş verməsi üçün bakteriya və ya virusa məruz qalmaq lazımdır" deyə bildirib.
Soyuq hava ilə əlaqədar rütubətin azalmasının tənəffüs yollarında qoruyucu maneələri zəiflətdiyini və mikrobların orqanizmə daxil olmasını asanlaşdırdığını bildirən Altay deyib: “Soyuq və küləkli havalarda xəstə insanların burun və ağızlarından öskürdüyü və ya asqırdığı mikro səviyyəli damlacıqlar havada daha çox yayılır və daha yüksək rütubətli yerlərdə daha çox yayılır bu damcıların havada hərəkət etməsi çətindir”.
Prof. Dr. Altay soyuq havada qapalı və insanların sıx olduğu yerlərdə daha çox vaxt keçirməyin xəstəliklərin yayılmasını sürətləndirdiyini, D vitamini çatışmazlığının da immunitet sistemini zəiflətdiyini, qrip, soyuqdəymə kimi xəstəliklərə tutulma riskini artırdığını bildirib.
İmmunitet sistemini gücləndirmək üçün D vitamini ilə zəngin qidaların istehlak edilməsi lazım olduğuna diqqət çəkən Altay, həmçinin kifayət qədər və nizamlı yatmağı, kifayət qədər su istehlak etməyə diqqət etməyi, ətrafdakı rütubəti qorumağı, əlləri tez-tez yumağı, öskürən və asqıran zaman ağız və burnu örtməyi, insanların sıx olduğu və qapalı yerlərdə maskalardan istifadə etməyi tövsiyə edib.
Prof. Dr. Altay, sağlam insanların immun sistemini gücləndirmək üçün əlavə qidalara ehtiyacı olmadığına diqqət çəkərək bunları qeyd edib: "Təbii qidalanma, tərəvəz və meyvələrin istisna edilmədiyi bir pəhrizdə zatən minerallar və vitaminlər balanslı şəkildə olur. Bununla belə, yaşlılar, qidalanma problemi olanlar və bəzi xroniki xəstələr üçün vitamin əlavələri gərəkli ola bilir. Belə adamlar həkim məsələhəti ilə hərəkət etməlidir."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya