Rusiyada miqrantların rəqəmsal profili yaradılacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədri Mixail Mişustin bildirib.
Onun sözlərinə görə, iyunun 30-dan Rusiya Federasiyasında miqrantın rəqəmsal profili tətbiq ediləcək. Rusiya baş naziri miqrantın rəqəmsal profilinin həm də işləmək icazəsi olan kağız patenti əvəz edəcəyini də söyləyib.