Ərdoğan: “Oğurluğu ört-basdır etmək üçün hər şeyi ediblər”
Yusif Nəzərli
19:54 28.03.2025
Gündəm
362
“Bir həftə ərzində korrupsiyanı, oğurluğu ört-basdır etmək üçün hər şeyi ediblər. Gənclərin arxasında gizlənmək üçün hər cür biabırçılıq sərgilədilər”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı ana müxalifət partiyası CHP-nin ünvanına sərt ittihamlar səsləndirib: “Təxribat siyasəti ilə öz məqsədlərinə nail ola bilmədilər. Türkiyəni açıq şəkildə qaralamağa başladılar. Onların qərbə yalvaracaq qədər nəzarəti itirdiklərini gördük”.
Türkiyə Prezidenti CHP rəhbəri Özgür Özeli də sərt tənqid edib: “Ölkəsindən əcnəbilərə şikayət edəndə nə utanır, nə də qızarır. Türkiyənin ana müxalifət partiyası liderinin belə etməsi düzgündürmü? Bu siyasətçi öz ölkəsini imperialistlərə qarşı müdafiə edə bilərmi? Təbii ki, dayana, müdafiə oluna bilməz. Ona məsləhət görürəm ki, korrupsiyasına haqq qazandırmaq üçün özünü bu qədər yormasın”.
R.T.Ərdoğan ictimai asayişi pozanların qarşınını qətiyyətlə alacaqlarını da vurğulayıb: “İctimai asayişin pozulmasına dözməyəcəyik. Təhlükəsizlik qüvvələrimiz lazımi müdaxilələri edəcək. Bir gəncimizi də ölkəmizin düşmənlərinə verə bilmərik. Onları öz millətimizin sıralarına daxil etməyə borcluyuq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya