Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan tibbi müayinədən keçib. Sherg.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan sosial şəbəkədə məlumat verib.

O bildirib ki, Levon Ter-Petrosyan oktyabrın 26-da planlı müayinə üçün “Best Life” tibb mərkəzinə müraciət edib.

Musinyanın sözlərinə görə, keçmiş dövlət başçısının tibb mərkəzinə səfəri planlı xarakter daşıyıb.