
İnsanların gözü yoldadır: Bakı-Tbilisi sərnişin qatarı nə vaxt aşılacaq?
08:41 22.04.2025
Gündəm
923
İqtisadçı Natiq Cəfərli bildirib ki, bununla bağlı rəsmi qurumlar açıqlama verməlidirlər
Azərbaycan-Gürcüstan arasında dəmir yolunun, məntiqlə quru yolların may ayından etibarən açılacağı gözləntisi bu dəfə də “suya düşdü”. Bununla bağlı hələ də konkret bir qərar, rəsmi açıqlama verilmir. Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət əvvəl açıqlama verərək Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı məsələnin Azərbaycan tərəfi ilə müzakirə olunduğunu söyləyərək “təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”, demişdi.
Baş nazir vurğulamışdı ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır: “Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək”. Azərbaycan əhalisi quru sərhədlərin açılmasını 5 ildir intizarla gözləyir. Təbii ki, səbəb təkcə pandemiya zamanından tətbiqinə başlanılmış və hələ də davam edən xüsusi karantin rejimi deyil. Ölkəmizin yerləşdiyi regionda bəzi hallarda artan gərginlik də ayıq-sayıqlıq tələb edir. Lakin mütəxəssislər də bu fikirdədir ki, Azərbaycan əhalisinin Gürcüstan, Türkiyə, eləcə də Rusiya ilə sıx qohumluq və ticarət əlaqələri nəzərə alınmaqla ən azından dəmir yolu xəttiylə qonşu ölkələrə gediş-gəliş üçün imkan yaratmaq mümkündür. Gürcüstanda valideynləri, doğmaları yaşayan vətəndaşlarımız 5 ildir ki, bu ölkəyə gedib-gəlməkdə çətinlik çəkir. Hava nəqliyyatının hər kəsin büdcəsinə uyğun olmadığı nəzərə alınarsa, Gürcüstanla quru sərhədlərin açılması, dəmir yolu vasitəsilə gediş-gəlişin bərpa edilməsi minlərlə insanın doğmalarına, dədə-baba yurduna qovuşması demək olacaq. Eyni zamanda bununla ticarət əlaqələrinin də genişlənəcəyi danılmaz faktdır.

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bununla bağlı rəsmi qurumlar açıqlama verməlidir:
- Gürcüstan tərəfindən belə bir təklifin olduğu bilinir, Azərbaycan Dəmir Yolları da buna hazırdır. Sadəcə, Azərbaycan hökumətindən rəsmi bir qərar olmalıdır, dəmir yolu nəqliyyatının açılmasıyla bağlı. Bu barədə ictimaiyyətə rəsmi şəkildə xəbər verilsə yaxşı olar.
N.Cəfərli qeyd etdi ki, təkcə dəmir yolu nəqliyyatının deyil, ümumiyyətlə, quru sərhədlərin tamamilə açılması müsbət irəliləyiş olardı:
- Gürcüstan Baş nazirinin təklifi, əlbəttə, müsbət idi, reallaşması, əlbəttə, çox sevindirici hal olardı. Bundan əvvəl Türkiyə tərəfindən də oxşar təkliflər səslənib. Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirilir. Qarsdan isə Ankara, İstanbul istiqamətində qatarlar rahat bir şəkildə hərəkət edir. Yükdaşımalar varsa və heç bir təhlükə yoxdursa, sərnişin daşımaları da reallaşdırıla bilər. Həm Gürcüstan, həm də Türkiyə ərazisi ilə dəmir yolu səfərləri başlasa, Azərbaycan da buna qoşula bilər. Azərbaycan cəmiyyətində 2025-ci il aprelin 1-dən etibarən sonra dəmir yolu ilə sərnişin daşımalarına başlanacağı gözləntisi vardı. Lakin bu dəfə də gözlənti reallaşmadı. Operativ Qərargah xüsusi karantin rejimini daha 3 ay uzadıb. Ümid qalır növbəti müddətə - iyulun 1-i hansı qərar veriləcək. Qeyd edim ki, Azərbaycan Dəmir Yolları da ötən dəfə açıqlama verərək bildirib ki, ölkələrarası sərnişin daşımalarını həyata keçirmək üçün hazırlıqlar davam edir. Hesab edirəm ki, quru sərhədlərin ən azından dəmir yolundan istifadə edilməklə açılması mümkündür. Məncə, burada hər hansı təhlükəni neytrallaşdırmaq daha asandır. Sərnişinlərin sənədləri keçid postlarında yoxlanacaq, yüklər yoxlanacaq, necə ki bundan öncə belə idi. Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan sərhədinə çatdıqda sərnişinlərin sənədləri yoxlanırdı. Burada problemli bir hal görmürəm. Əksinə, dəmir yolu səfərlərini Bakı-Tbilisi-Qars istiqamətində də təşkil etmək, marşrutun əhatəsini genişləndirərək Türkiyənin digər şəhərlərinə də səfərlər təşkil etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya