Tramp Ukraynanın ABŞ ilə təbii ehtiyatlar bağlı saziş imzalayacağına ümid edir

ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Ukrayna Vaşinqtonla nadir torpaq metalları ilə bağlı dərhal saziş imzalayacaq.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nadir torpaq metalları ilə bağlı ABŞ ilə çox vacib sazişə dair yekun sənədləri imzalamayıb", - deyə ABŞ prezidenti bildirib.

O qeyd edib ki, imzalanma artıq "ən azı üç həftə" gecikdirilib.

"Ümid edirəm ki, o, dərhal imzalanacaq", - deyə D.Tramp vurğulayıb.