
Pediatr: Faciələrin əksəriyyəti səhlənkarlıqdan baş verir
Yusif Nəzərli
06:34 30.04.2025
Sağlamlıq
367
Həmişə deyilir - evdə istənilən dərman uşaqlar üçün əlçatmaz yerdə olmalıdır!
Bu günlərdə Azərbaycanda qeydə alınan faciəvi bir hadisə – azyaşlı uşağın evdəki elektrik enerjisinə qoşulan ağcaqanad əleyhinə cihazın mayesini içərək zəhərlənməsi cəmiyyətin diqqətini yenidən məişət təhlükəsizliyi və valideyn nəzarətsizliyi məsələsinə yönəldib. Bənzər hadisələr tək-tək baş versə də, onların səbəbləri ortalıqdadır: səhlənkarlıq!!!
Qeyd edək ki, Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb. Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib. Məlumata görə, azyaşlı evdə ağcaqanada qarşı istifadə edilən və elektrik enerjisinə qoşulan dərman qurğusundakı mayeni içib. Faktla bağlı araşdırma aparılır.
Hadisə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Əksəriyyət qeyd edib ki, valideynlərin əksəriyyəti ağcaqanad dərmanı kimi məişət kimyəvi maddələrini evdə istifadə edərkən onları təhlükəsiz hesab edir.
Bu maddələrin tərkibində olan kimyəvi komponentlərin, xüsusilə praletrin, permetrin və digər toksik maddələrin azyaşlı uşaqlar üçün zərərli olduğunu vurğulayan mütəxəssislər isə qeyd edib ki, cihazın içindəki maye xoş qoxulu, şəffaf və şüşə qabda olur – bu da uşağın onu “meyvə suyu” kimi qəbul etməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı fikirlərini Sherg.az-a bildirən pediatr Vaqif Qarayev evdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən birinin valideyn məsuliyyətsizliyi olduğunu vurğulayıb. O, qeyd edib ki, valideynlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində uşaqlar təhlükəli vəziyyətlərə düşə bilirlər:

"Məsələn, pəncərələrdə qoruyucu barmaqlıqların olmaması və ya kimyəvi maddələrin uşaqların əli çatacaq yerlərdə saxlanması kimi hallar ciddi təhlükə yaradır. Valideynlərin gözü dörd olsa da, bəzi hadisələr bir anın içində baş verir və bu zaman nəticələr faciəvi ola bilər".
Pediatrın sözlərinə görə, bir çox ailələr bu cihazları uşağın əl çatacağı yerdə, bəzən isə onun yatağına yaxın qoşur. Elektrikə qoşulmuş cihazların bir çoxu isə asanlıqla çıxarıla və ya mayesi dəyişdirilə bilər – bu da təhlükəni artırır:
“Abşeronda da 1 aylıq körpə evdə ölüb. Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub. Burada da yenə də valideynin məlumatsızlığı rol oynayır. El arasında "uşağın beynində oksigen çatmır" anlayışı var, yəni anadangəlmə əsəb sistemində oyanıqlıq olur körpələrdə və bu uşaqlar suda özlərini çox narahat hiss edirlər. Bunu valideynlər bilməli idi. Əgər səbəb belə deyilsə, deməli, ananın uşağı çimizdirmək vərdişi olmayıb. İkinci hadisənin isə yeganə izahı var: səhlənkarlıq!!! Həmişə deyilir - evdə istənilən dərman uşaqlar üçün əlçatmaz yerdə olmalıdır! Əməl etməyəndə faciə qaçılmaz olur! Statistikaya əsasən, azyaşlı uşaq zəhərlənmələrinin 60 faizi evdə nəzarətsizlik nəticəsində baş verir və onların əksəriyyəti məişət kimyəvi maddələrinin udulması ilə bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı