Evlənənlərə dəstək kampaniyası: İlk doğulan körpəyə 5000 TL ödəniləcək
Yusif Nəzərli
23:27 29.04.2025
Dünya
394
Türkiyədə yeni evlənən cütlüklərə sosial dəstək artırılır. Ölkənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş “Ailə ili” çərçivəsində evlənən cütlüklər üçün yeni dəstək kampaniyasına başlayacaqlarını açıqlayıb.
"Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, hökumət üzvləri ilə keçirilən toplantıdan sonra sualları cavablandıran nazir deyib ki, 16 şirkətlə əldə olunan endirim protokolu ilə yeni ailə quran gənclərə mebel, məişət avadanlığı, ev tekstili, mətbəx əşyaları kimi təməl ehtiyaclarını ödəyəcək xüsusi endirimlər ediləcək: "30 apreldə keçirəcəyimiz toplantıda endirim müqaviləsi bağlayacağımız şirkətlər və tətbiq edəcəkləri endirimlərlə bağlı kampaniya detallarını ictimaiyyətlə paylaşacağıq", deyən nazir doğum yardımı üçün ən çox müraciətin ilk növbədə İstanbuldan, ardınca isə Ankara və Şanlıurfadan alındığını bildirib. Göktaş doğum yardımı üçün ilk ödənişlərin müayinədən sonra may ayında hesablara yatırılacağını da deyib. Aprelin 8-dən bu yana 287 min 517 ailənin doğum dəstəyi üçün müraciət etdiyini açıqlayan Göktaş, "İlk uşaq üçün ən çox müraciəti yüzdə 41 nisbətlə aldıq. Müraciət sayı 116 min 594 oldu" dedi. Göktaş, "İkinci uşaq müraciət nisbəti yüzdə 31, müraciət sayı 88.982. Üçüncü uşaq müraciət nisbəti yüzdə 18, müraciət sayı 51.843. Üçdən çox uşağı olan ailələrimizin müraciət nisbəti yüzdə 10, müraciət sayı isə 30.099 oldu" söyləyib. Birinci körpə üçün 5000 TL, ikinci körpə üçün ayda 1500 TL, üçdən sonra hər uşağa ayda 5000 TL birdəfəlik dəstək verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı