Ərdoğan: “Göz bəbəyimiz olan Azərbaycanla..."
13:34 28.05.2025
Gündəm
442
Artıq uğur, sülh və inkişaf hekayəsi yazmağın zamanıdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxış edib.
Sherg.az xəbər verir ki, Ərdoğan 28 May Müstəqillik Günü Proqramında çıxışında Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq deyib:
“Göz bəbəyimiz olan Azərbaycanla aramızdakı məhəbbəti, inşallah, daha da gücləndirərək davam etdirəcəyik. Yaxşı gündə olduğu kimi, çətin gündə də Azərbaycan xalqının hər zaman yanında olacağıq.”
Azərbaycan-Türkiyə qardaşlığının daim davam etməsini arzulayan Prezident Ərdoğan əlavə edib:
“Qarabağdakı müstəqillik zəfəri bu gün Azərbaycanı daha da güclü və firavan bir ölkəyə çevirib. O gün yandırılan istiqlal məşəli indi daha qüvvətli şəkildə Azərbaycanın yolunu işıqlandırır. Qarabağın azadlığı ilə bu torpaqlarda yüksələn hər bir səda təkcə zəfərin deyil, həm də bir millətin yenidən dirçəlişinin səsi olur.”
Ərdoğan bu gün Laçın Beynəlxalq Hava Limanının açılışının da onlara nəsib olduğunu bildirərək, iki ölkə arasındakı münasibətlərin yalnız bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdığını vurğulayıb.
Ərdoğan deyib:
“30 ildən sonra əsarətdən qurtulan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazma zamanıdır. Bu gün keçmişdə yaşadığımız acılardan dərs çıxararaq qalıcı sülhün bərqərar olunmasını, etimadın və yaxşı qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb
01:27 14.07.2026
Gündəm
İran ordusu iki ABŞ PUA-sını vurub
00:25 14.07.2026
Region
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə