
Deynsin Gürcüstana səfəri yeni dialoqun başlanğıcı kimi qiymətləndirilə bilər -AKTUAL
09:14 30.05.2025
Cənubi Qafqaz
311
Senator Deynsin səfərləri ABŞ-ın Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək, əməkdaşlığı dərinləşdirmək və güclü tərəfdaşlıq yaratmaq üçün atdığı addımlardır
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Gürcüstana səfər edib. Bu barədə məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.
Səfər çərçivəsində senator Deynsin Gürcüstan hökuməti və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Stiv Deyns bundan əvvəl Azərbaycanda səfərdə olub və Bakıda bir sıra rəsmi görüşlər keçirib.
Xatırladaq ki, ABŞ və Gürcüstan arasında münasibətlərdə gərginlik 2023-cü ilin noyabrından davam edir. Noyabrın 30-da ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlamışdı.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin Gürcüstana səfəri ABŞ-Gürcüstan münasibətlərində yeni dialoqun başlanğıcı kimi qiymətləndirilə bilər:

"Onun hökumət və siyasi partiyalarla görüşləri regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratiyanın inkişafı məsələlərini müzakirə etmək məqsədi daşıyır. Senatorun Azərbaycanda da səfərdə olması Vaşinqtonun Cənubi Qafqazda daha fəal rol almağa çalışdığını göstərir. Cənubi Qafqaz – Ermənistan, Azərbaycan və Gürcüstanı əhatə edən, Avropa ilə Asiya arasında strateji əhəmiyyətə malik bir regiondur. Burada Rusiya, İran və Türkiyənin maraqları toqquşur, ABŞ isə öz təsirini artırmaq istəyir. Vaşinqtonun məqsədi Rusiyanın təsirini azaltmaq, regional sabitliyi təmin etmək və enerji təhlükəsizliyini gücləndirməkdir. ABŞ-ın bu regionda artan fəallığı "çoxqütblü" və balanslaşdırılmış mühit yaratmaq niyyətini əks etdirir. Senator Deynsin səfərləri ABŞ-ın Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək, əməkdaşlığı dərinləşdirmək və güclü tərəfdaşlıq yaratmaq üçün atdığı addımlardır".
Politoloq əlavə edib ki, bu səfərlər həm də Vaşinqtonun Rusiya və İranın təsirini balanslaşdırmaq strategiyasının tərkib hissəsidir. Həmçinin Cənubi Qafqazda ABŞ-ın artan fəallığı regionun sabitliyi və inkişafı üçün mühüm rol oynaya bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm