
Viktoria Bekhem ilə Nikola Pelts arasındakı gərginliyin səbəbi toy rəqsi idimi?
10:00 30.05.2025
Şou
550
Bruklin Bekhem ilə valideynləri arasındakı gərginlik davam edir.
Sherg.az xəbər verir ki, ailəyə yaxın bəzi mənbələr, Viktoriya Bekhem ilə Nikola Pelts arasındakı soyuqluğun səbəbinin toy rəqsi olduğunu bildirir.
"Page Six"-ə danışan bir dəvətli, Bruklin Bekhem ilə Nikola Peltsin toyundakı xüsusi bir ana Viktoriya Bekhemin kölgə saldığını iddia edib.
Daily Mail yazır ki, cütlüyün ilk rəqsləri Only Fools Rush In və Stand By Me mahnılarının müşayiəti ilə baş tutub. Lakin başqa bir mənbə, bu rəqslərin simvolik olduğunu, əsas romantik rəqsin isə Mark Antoninin səhnəyə çıxması ilə planlaşdırıldığını bildirib.

People jurnalının xəbərinə görə, Mark Antoni səhnədə Bruklin Bekhemi və anasını – Viktoriya Bekhemi – rəqsə dəvət edib. Məşhur müğənninin Viktoriya üçün “zalda olan ən gözəl qadın” dediyi də qeyd olunub. Bu xüsusi andan sonra isə Nikola Peltsin göz yaşları içində zalı tərk etdiyi iddia olunub.
Mənbə bildirib ki, cütlüyün romantik rəqsi üçün xüsusilə Mark Antoninin You Sang to Me adlı mahnısı seçilmişdi:
“Bu rəqs üçün xüsusi bir xoreoqrafiya hazırlanmışdı. Hər kəs bunun Nikola ilə Bruklin üçün nə qədər dəyərli bir an olduğunu bilirdi. Nikola əvəzinə Viktoriya ilə rəqs edilməsi böyük məyusluq yaratdı.”
Hadisə ilə bağlı Viktoriya, Devid, Bruklin və Nikola tərəfindən rəsmi bir açıqlama verilməyib. Lakin cütlüyə yaxın başqa bir mənbə bildirib: “Zalda olan hər kəs yaşananları gördü. Ab-hava bir anda buz kimi oldu.”
Həmin mənbə, bu hadisənin ilk olmadığını və oxşar problemlərin hələ də davam etdiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya