ABŞ və Çin Londonda ticarət razılaşmasını müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp, ABŞ-Çin ticarət danışıqlarının 9 iyun tarixində Londonda keçiriləcəyini açıqlayıb. 

Sherg.az xəbər verir ki, Trampın verdiyi məlumata görə, görüşdə ABŞ Maliyyə Naziri Skott Bessent, Ticarət Naziri Hovard Lutnik və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qriyer iştirak edəcək.

Bu görüş, ABŞ və Çin arasında son vaxtlar artan gömrük rüsumları və ticarət gərginliyi fonunda keçiriləcək. Tramp və Çin Prezidenti Si Tsinpin iyunun əvvəlində telefon danışığı apararaq ticarət məsələlərini müzakirə etmiş, daha əvvəl isə İsveçrənin Cenevrə şəhərində gömrük tarifləri üzrə müzakirələr aparılmışdı. ABŞ-Çin ticarət münasibətlərinin gərginliyi səbəbindən tərəflər qarşılıqlı olaraq tarifləri artırmış, lakin son danışıqlardan sonra rüsumların müvəqqəti endirilməsinə razılıq verilmişdi.

Tramp görüşün müsbət keçəcəyinə ümid etdiyini bildirib.