Tramp İsraili İrana zərbələri dayandırmağa çağırmaq niyyətində deyil

ABŞ rəhbəri Donald Tramp İsraili İrana zərbələri dayandırmağa çağırmaq niyyətində deyil.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, İsrailin İran ərazisinə aviazərbələri dayandırmağa çağırmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, o, bunu jurnalistlərlə söhbəti zamanı deyib.

D.Tramp qeyd edib: "Hesab edirəm ki, indi belə bir müraciət etmək çətin olardı. Qalib olmayan yerdə bunu etmək qalib olan yerdə etməkdən daha çətindir".