İbrahimoviç Messi sualına sərt reaksiya verdi
13:07 30.06.2025
İdman
508
"Komandada baş məşqçi yoxdur, oyunçular sement torbası daşıyırmış kimi hərəkət edir"
2025-ci ilin FIFA Klub Dünya Kubokunun 16-cı turunda ABŞ-ın “Inter Miami” komandası ilə Fransanın Paris Sen-Jermen (PSJ) komandası arasında keçirilən oyunda PSJ 4:0 hesabı ilə qalib gəlib. Qarşılaşmadan sonra keçmiş ulduz futbolçu Zlatan İbrahimoviç maraqlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, İsveçli futbol əfsanəsi Messi haqqında təriflərlə danışıb, ancaq “Inter Miami”nin baş məşqçisi və oyunçuları barədə sərt sözlər deyib:
"Messi yox, “Inter Miami” uduzub! Futbolçular yox, sanki heykəllərlə oynayırsan. Onların ətrafı sement torbası daşıyanlar kimi qaçan oyunçularla doludur! Əslində böyük komandada olsaydın, həqiqi aslanı görərdin. Messi hələ də bu oyunu çox sevdiyi üçün oynayır. Çünki dünyadakı futbolçuların 99%-nin edə bilmədiyini o hələ də bacarır."
"Komandanın başında baş məşqçi yoxdur, heyətdə ulduz yoxdur və hətta top olmayan yerdə necə hərəkət etməli olduğunu bilən oyunçu da yoxdur! Mənim tanıdığım Messi bu deyil. Onu əsl komandaya qoysan, stadionu yenə alışdırar!"
"Messi bənzəri olmayan bir oyunçudur. Başqa kim onun etdiyi hərəkətləri edə bilər, bilmirəm. Onun özünəməxsus tərzi var və ona bənzəmək mümkün deyil. Mən onu hər gün görmüşəm. Messiylə oynamaq PlayStation idarə etmək kimidir: topu ver və oyunçuları tək-tək keç."
PSJ növbəti mərhələdə “Bayern Münhen” və “Flamenqo” arasında qalib gələn komandaya qarşı mübarizə aparacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol