Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib.
Sherg.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.