
İrəvan Moskvanın əvəzinə Parisin əsiri olur - ŞƏRH
04:23 17.07.2025
Siyasət
465
Avropa Ermənistanı demokratik vitrinə çevirir – məqsəd sülh yox, təsir zonasını genişləndirməkdir
Məlum olduğu kimi Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçirilib. Məlumata görə, Brüssel İrəvana təhlükəsizlik sahəsində təhdidlərə, o cümlədən informasiya manipulyasiyalarına, xarici müdaxilələrə və kiberhücumlara qarşı mübarizə üçün Aİ alətlərindən istifadə etməyi təklif edib.
Ermənistanın informasiya ekosisteminin dəstəklənməsi çərçivəsində Avropa İttifaqı, həmçinin müstəqil KİV-lərin gücləndirilməsi üçün 1,5 milyon avro məbləğində yeni yardım paketi elan edib. Aİ rəhbərliyi, həmçinin Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısının alınması istiqamətində əməkdaşlıq və səylərə görə İrəvana minnətdarlığını bildirib. Brüsseldən sonra N.Paşinyan Fransaya səfər edib. Paşinyan fransalı həmkarı E.Makronla görüşüb və müzakirələr aparıb. Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub.

Siyasi şərhçi Tural İrfan deyib ki, Ermənistan baş nazirinin Brüssel səfərinin məqsədi Avropa İttifaqına daha sıx yaxınlaşmaq üçün olmaqla bərabər, eyni zamanda Avropanın da maraqlarının təmini üçündür. Ekspert vurğulayıb ki, Avropa regionda Ermənistanın timsalında demokratik dəyərlər nümunəsi obrazı yaratmaq istəyir:
"Doğrudur, burada Rusiya məsələsi də var. Ermənistana Rusiyanın təzyiqləri qarşısında Avropa İrəvanı özünə tərəf çəkir. Mümkündür ki, Rusiyaya qarşı Ermənistana xüsusi layihələr təqdim olunsun. Avropa İttifaqı Ermənistana dəstəyi heç də sülhə zəmin yaratmaq üçün vermir. Şübhəsiz ki, məqsəd öz maraqları naminə Ermənistanı Rusiya təsirindən çıxarıb özü üçün istifadə etməkdir. Bunun üçün də Ermənistana guya regionda "ən demokratik dövlət" donu geyindirmək istəyirlər. Ermənistanın Rusiyadan ayrılması və Kremlin təsirindən çıxması müsbət qarşılansa da, eyni zamanda Avropanın Fransa kimi anti-türk dövlətlərinin təsirinə düşməsi mənfi haldır. Ermənistan bununla bağlı ehtiyatlı davranmalıdır ki, Türkiyə və Azərbaycan ilə bərpa olunmaqda olan münasibətlərə xələl gətirmiş olmasın. Yəni qaş düzəldərkən göz çıxarmaq işin ziyanınadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə