Azər Badamov: ABŞ-nin rüsum qərarı Azərbaycan iqtisadiyyatını silkələməyəcək!
11:38 17.07.2025
İqtisadiyyat
581
ABŞ böyük olmayan 150-ə yaxın ölkədən idxal edilən mallara 10-15% idxal rüsumları tətbiq etməyi planlaşdırır. Bu barədə "Real America's Voice" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
Xatırladaq ki, aprelin 2-də D.Tramp 185 ölkənin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.
Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, ABŞ -nin 150 ölkəyə 10-15% rüsum tətbiq etməyi planlaşdırması əsasən bu ölkəyə malları ixrac edən ölkələrin iqtisadiyyatılarını müəyyən çətinliklərlə üzləşdirəcək:
“Azərbaycanın ABŞ-a ixracı isə heç də böyük rəqəmlərlə ifadə olunmur. Belə ki, Azərbaycanla ABŞ arasındakı ticarət dövrüyyəsi 2025-ci ildə 2,2 dəfə artaraq 461 milyon dollar təşkil edib. Azərbaycandan ABŞ-a ixrac 48% artaraq 24 milyon dollar, ABŞ-dan Azərbaycana idxal isə 2,2 dəfə artaraq 436,9 milyon dollar olub. ABŞ-a idxal-ixrac balansımızdan göründüyü kimi Azərbaycan əsasən ABŞ-dan idxal edir. ABŞ isə ancaq idxala rüsumlar tətbiq edir. Bu baxımdan ABŞ-ın rüsum siyasətinin Azərbaycan iqtisadiyyatına heç də nəzərə çarpacaq təsiri olmayacaq. Amma bu rüsum siyasəti dünya iqtisadiyyatında müəyyən çətinliklərin meydana gəlməsinə səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə