Almaniyada həyəcan təbili: Rus casusları son bir ildə 2 dəfə artıb
09:49 21.07.2025
Gündəm
365
Rusiyanın Almaniyadakı casusluq fəaliyyətləri artır.
Sherg.az xəbər verir ki, Almaniya Hərbi Kəşfiyyat Xidmətinin (MAD) məlumatına görə, rus kəşfiyyat xidmətlərinin casusluq cəhdləri və diversiya fəaliyyətlərində ciddi artım müşahidə olunub.
MAD rəhbəri Martina Rozenberq Almaniya xəbər agentliyi DPA-ya verdiyi açıqlamada deyib: “Casusluq və hibrid tədbirlər sahəsində halların güclü şəkildə artdığını deyə bilərik. Fəaliyyətlər daha intensiv və daha aqressiv xarakter alıb.”
Rozenberq bildirib ki, Rusiya kəşfiyyat xidmətləri Soyuq Müharibə dövründəki kimi hərəkət edir və casusluq vasitələri də genişləndirilib. O əlavə edib: “Casusluğa qarşı ən yaxşı müdafiə bu təhlükəni ciddi qəbul etmək, siqnallara diqqətlə reaksiya vermək və aidiyyəti orqanları vaxtında məlumatlandırmaqdır.”
MAD-ın məlumatına əsasən, Rusiyanın Almaniyadakı casusluq cəhdləri son bir ildə demək olar ki, 2 dəfə artıb. Rus agentlərin üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olmağa davam etdikləri bildirilir.
Müdafiə Nazirliyinə tabe olan MAD silahlı qüvvələrin qorunmasına, radikalizmin qarşısının alınmasına və hərbi qulluqçularla mülki əməkdaşların təhlükəsizlik yoxlamalarına cavabdehdir.
Moskva, 18 iyulda Almaniya ilə olan hərbi-texniki əməkdaşlıq razılaşmasından geri çəkilmişdi.
NATO, Rusiyanın qarşıdakı 5 il ərzində Avropaya hücum edə biləcəyindən narahatdır. Avropa ölkələri isə Ukrayna ilə müharibənin başlamasından bəri mümkün bir müharibəyə qarşı hazırlıqlar aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya