Əfşar Süleymani: Pezeşkianın islahatları bəzi dairələri narahat edir
09:46 21.07.2025
Region
394
Tarix boyu bir çox dövlət başçısı gündəmi yalnız siyasi qərarları və çıxışları ilə deyil, həm də gözlənilməz, absurd hadisələrlə dəyişib. Məsələn, ABŞ prezidenti Con Kennedinin Texasda avtomobilinin gülləbaran edilməsi faciəvi olmaqla yanaşı, dövlət sisteminin təhlükəsizlik boşluqlarını da üzə çıxarmışdı. Rusiya prezidenti Boris Yeltsinin rəsmi tədbirlərdə sərxoş görüntüləri isə ölkə daxilində siyasi etimadın zəifləməsinə səbəb olmuşdu. Hətta, Latın Amerikası ölkələrindən birində prezident maşınına səhvən dizel yanacağı doldurulması illərlə müzakirə mövzusuna çevrilmişdi.
İran Prezidenti Məsud Pezeşkianla bağlı son hadisə də bu qəbildəndir. Prezidentin avtomobilinə benzin əvəzinə su doldurulması sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Mövzuyla əlaqadar Sherg.az-a açıqlama verən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani öz fikirlərini bölüşüb
Onun sözlərinə görə, bu cür texniki səhvlər Pezeşkianın sadə və şəffaf idarəçilik tərzinin, eləcə də köhnə sistemlə ziddiyyət təşkil edən yanaşmasının yaratdığı narahatlığın nəticəsi ola bilər:
“Prezident Pezeşkian sadə və xalqa yaxın idarəçilik üslubu ilə seçilir. Təhlükəsizlik qüvvələrinin mövcud protokol tələblərinə baxmayaraq, o, səfərlərinin marşrutunu öncədən açıqlamır və geniş miqyaslı müşayiət karvanlarından imtina edir. Həmin gün də heç kimin xəbəri yox idi ki, dövlət başçısı Kərəc-Qəzvin magistralında yerləşən yanacaqdoldurma məntəqəsində dayanacaq. Hadisə nəticəsində həmin yanacaqdoldurma məntəqəsinin fəaliyyəti və niyyəti açıq şəkildə ifşa olundu. Çox güman ki, məntəqə daha əvvəl də vətəndaşları aldadaraq benzin yerinə su doldurub. Əgər prezidentin səfəri əvvəlcədən planlaşdırılsaydı və məntəqəyə məlumat verilsəydi, belə insidentin baş verməsi mümkün olmazdı”.
Ə.Süleymani bildirib ki, Pezeşkianın prezident seçilməsini istəməyən bəzi siyasi dairələr və rəsmi şəxslər bu cür hadisələrdən istifadə edərək ona qarşı “qaralama kampaniya”sı aparırlar:
“Onlar hələ seçki dönəmində Pezeşkianın hakimiyyətə gəlməsini arzulamırdılar. İndi isə müxtəlif yollarla (şantaj, təhqir və əsassız ittihamlarla) ictimai rəyə təsir göstərməyə çalışırlar. Halbuki Pezeşkianın bu şəxslər barəsində hüquqi tədbirlər görmək üçün lazımi səlahiyyətləri mövcuddur. Lakin o, şəxsi qarşıdurmalara vaxt itirmək əvəzinə, diqqətini ölkənin strateji və sosial problemlərinin həllinə yönəltməyə üstünlük verir”.
Sabiq səfir əlavə edib ki, bəzi məmurlar Pezeşkianın islahat yönümlü və xalqın maraqlarına əsaslanan fəaliyyətindən narahatlıq keçirirlər, çünki onun uğurlu idarəçiliyi nəticəsində şəxsi maraqlarını və təsir imkanlarını itirməkdən ehtiyat edirlər:
“Onlar milli maraqları deyil, şəxsi mənfəətlərini ön plana çəkirlər. Lakin İran cəmiyyəti baş verənlərin arxasında dayanan həqiqətləri aydın şəkildə dərk edir. Prezident Pezeşkiana olan ictimai etimad isə getdikcə daha da güclənir. Ona güvənən və ardıcıl şəkildə dəstək verən geniş ictimai təbəqə formalaşıb”.
Aybəniz Səfərova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya