Nazir: İsraillə müharibə zamanı İrana 20 mindən çox kiberhücum olub
Yusif Nəzərli
07:12 22.07.2025
Region
325
İsraillə 12 günlük müharibə zamanı İrana qarşı 20 mindən çox kiberhücum həyata keçirilib.
APA xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşemi açıqlama verib.
Nazirin sözlərinə görə, kiberhücumlar əsasən səhiyyə sistemini, yanacaq paylama mərkəzlərini və ödəniş platformalarını hədəf alıb.
“Bu, indiyə qədər üzləşdiyimiz ən mürəkkəb kiberhücumlardan biri idi. Hücumların ilk saatlarından etibarən təhdidlərə cavab vermək üçün xüsusi qrup yaradıldı”, – nazir bildirib.
Səttar Haşemi əlavə edib ki, təxminən 10 milyon nəfər İranın rəqəmsal iqtisadiyyatından asılıdır və müharibə dövründə bu sektorda fəaliyyət qabiliyyəti 30 faiz azalıb.
Qeyd edək ki, İran və İsrail arasında 12 gün davam edən müharibə iyunun 24-də ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə