Dünyada ekstremal isti - XƏBƏRDARLIQ
15:24 22.07.2025
Ekologiya
513
Son 30 ildə il ərzində ekstremal isti günlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə temperatur və rütubətin yüksəlməsinə qarşı təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.
Modern.az xəbər verir ki, bu qənaət Avstraliya alimləri və daha 18 ölkədən olan tədqiqatçıların birgə apardığı və “Ətraf Mühit və Resurslar üzrə İllik Baxış” adlı elmi nəşrdə dərc edilmiş araşdırmanın nəticələrində əks olunub.
Hesabata əsasən, ekstremal isti günlərin orta illik sayı 1990–2006-cı illərdə 12 olduğu halda, bu göstərici 2007–2023-cü illərdə 19,3-ə yüksəlib. Ən yüksək artım Afrikada, Yaxın Şərqdə və Asiyanın bəzi bölgələrində müşahidə olunur.
Mütəxəssislər bu dəfə ekstremal istilərin yaratdığı təhlükəni daha dəqiq qiymətləndirmək üçün yalnız hava temperaturu deyil, eyni zamanda rütubət, günəş radiasiyasının intensivliyi, küləyin sürəti və istiqaməti kimi göstəriciləri də nəzərə alıblar.
Tədqiqat göstərib ki, anomal istilər təkcə birbaşa sağlamlıq problemlərinə – günvurma və ürək-damar xəstəliklərinə deyil, həmçinin dolayı təsirlərə – psixi pozuntulara və hamilə qadınlar üçün risklərə də səbəb olur.
Alimlər ekstremal isti günlərin artdığı şəraitdə sağlamlığa və iqtisadiyyata dəyə biləcək zərərlərin minimuma endirilməsi üçün kompleks yanaşma təklif ediblər. Bu yanaşmaya beynəlxalq əməkdaşlıq, məlumat və resurs mübadiləsi, milli adaptasiya və xəbərdarlıq strategiyalarının hazırlanması, dövlət qurumları ilə elmi təşkilatlar arasında koordinasiya, yerli icmaların risklərin azaldılmasına dair tədbirlərinə fəal cəlb edilməsi, əhalinin məlumatlandırılması və fərdi qoruyucu tədbirlərin təşviqi daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya