
Pezeşkian Ermənistan səfərində sülh və sabitlik mesajları verəcək - ANALİTİK
00:57 25.07.2025
Aktual
385
İran yeni reallıqları mütləq göz önünə alacaq
İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Məlum olduğu kimi ötən gün İran Prezidenti Məsud Pezeşkian və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub. Telefon danışığında regionda və beynəlxalq aləmdə baş verən hadisələrə, xüsusilə də 12 günlük müharibə, eləcə də digər məsələlər müzakirə olunub.
Pezeşkian deyib ki, İran öz prinsipial siyasətinə əsaslanaraq sülh və təhlükəsizliyin möhkəmlənməsinə səbəb olan istənilən hərəkəti həmişə dəstəkləyib. O əlavə edib ki, Tehranın siyasəti bütün ölkələrin ərazi bütövlüyünün qorunması fonunda bütün qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyətdir: "Biz iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini, birgə əməkdaşlığı və əlaqələrin gələcəyini planlaşdırmağı vurğulayırıq". Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb: "Biz səbirsizliklə Ermənistana səfərinizi gözləyir və iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə edə bilərik".
Politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan və İran münasibətləri hər iki tərəf üçün ənənəvi xarakter daşıyır. Siyasi şərhçi vurğulayıb ki, bölgədə geosiyasi vəziyyət əvvəlkindən fərqlidir:

"İran Prezidenti Məsud Pezeşkianın Ermənistana gözlənilən səfərində yeni reallıqlar da mütləq göz önündə olacaq. Çünki İran və Azərbaycan arasında indiki münasibətlərin səviyyəsi İrəvan-Tehran əlaqələrində də önəmli faktor kimi çıxış edir. Pezeşkian qısa müddət ərzində iki dəfə Azərbaycana gəlib. İran prezidenti indiki məqamda Azərbaycanla münasibətləri gərginləşdirmək fikrində deyil. Ona görə də İrəvanda olarkən hansısa ziddiyyətli fikirlər söyləməkdən yayınacaq. Düzdür, İranın Ermənistandakı səfiri zaman-zaman ziddiyyətli bəyanatlar səsləndirir. Ancaq ehtimal ki, mövcud dumuru nəzərə alan Pezeşkian buna getməyəcək. Hətta reallığı Paşinyana da izah etməyə səy göstərəcək. Hazırda regional yeniliklər İran prezidentini də bölgədə sülh və sabitlikdə maraqlı olmağa, prosesi dəstəkləməyə məcbur edir".
Analitik qeyd edib ki, İran regionda öz fəallığını Ermənistan üzərindən həyata keçirməyə çalışır:
"Tehran hökumətinin can atdığı məsələ budur. Ermənistana kənar təsirlər güclüdür. Xarici təsirlərin Tehrana qarşı yönəlməməsi üçün İrəvanla dialoq İran üçün vacibdir. ABŞ və Avropa ölkələrinin İranda mövcudluğunun artması İranı narahat edən məqamdır. Tərəflər bu məsələdə ortaq məxrəcə gəlməyə çalışacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya