Azərbaycanlı iş adamı təkzib etdi: OMON axtarış aparmayıb - YENİLƏNİB

Təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatlar doğru deyil.

Bu barədə Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “Railgo” şirkətinin rəhbəri Rəhman Xəlilov məlumat verib.


***

17:08

Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışlar aparılır.

Axar.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlılar və müstəntiqlər Lujnikidəki ofisə basqın ediblər:

“Onlar sənədləri müsadirə edib, işçilərin ofisdən çıxmasına imkan verməyiblər”.

Qeyd edək ki, “Railgo” əslən azərbaycanlı olan Rəhman Xəlilova məxsusdur. Şirkət neft məhsullarının Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan daşınması ilə məşğuldur. Rəhman Xəlilov Azərbaycan əsilli rusiyalı oliqarx İsgəndər Xəlilovun oğludur.