
Parlamentari: Azərbaycan Rusiyanın strateji enerji dəhlizində əsas oyunçudur
11:31 25.08.2025
İqtisadiyyat
664
Şimal -Cənub nəqliyyat dəhlizi Rusiyaya Fars körfəzinə qədər yüklərin quru yolla daşınması üçün əsas nəqliyyat arteriyadır
Bu baxımdan Azərbaycan üzərindən neft-qaz dəhlizlərinin də istifadə olunması mümkündür
“İran ümid edir ki, tezliklə Rusiya qazını Azərbaycan üzərindən nəql etməyə başlaya biləcək, “Qazprom”la demək olar, bütün məsələlər artıq həll olunub”.
Teleqraf xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS agentliyinə müsahibəsində bildirib.
“Ümid edirik ki, bu, tezliklə baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmaq lazımdır. Əgər bu məsələ həll olunarsa, o zaman hər şey işə düşəcək”, - o qeyd edib.
Rusiya energetika naziri Sergey Tsivilev bundan əvvəl bəyan etmişdi ki, mövcud infrastrukturdan istifadə etməklə Rusiya qazının Azərbaycan ərazisi ilə ilk nəqlinə 2025-ci ildə başlanacaq, həcmi ildə 1,8 milyard kubmetrə çatacaq.
Millət vəkili Azər Badamov “Sherg.az”a bildirdi ki, Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə gərginlik yaşansa da iqtisadi münasibətlərdə azalma yoxdur:

“Bu o deməkdir ki, Azərbaycanla iqtisadi münasibətlərin qorunub saxlanılması və inkişafı Rusiya üçün çox maraqlıdır. Azərbaycan beynəlxalq nəqliyyat və logistik dəhlizlərin kəsişdiyi mərkəzdir. Ölkəmizin ərsəyə gətirdiyi Şimal -Cənub nəqliyyat dəhlizi Rusiyaya Fars körfəzinə qədər yüklərin quru yolla daşınması üçün əsas nəqliyyat arteriyadır. Həm də Qərbin sanksiyaları altında olan Rusiya üçün ixrac marşurutları o qədər də çox deyil. Bu baxımdan Azərbaycan üzərindən neft-qaz dəhlizlərinin də istifadə olunması mümkündür. Çünki, Azərbaycanla Rusiya arasında sovetlər dövründə çəkilmiş neft-qaz kəmərləri mövcuddur. Tranzit imkanlarımız mövcud olduğu halda İranın Rusiyadakı səfiri Kazım Cəlalinin bildirdiyi Rusiya qazının Azərbaycan üzərindən İrana ixrac olunacağını deməsini məntiqli olduğunu hesab edirəm. Azərbaycan beynəlxalq tranzit yük daşımalarda olduğu kimi tranzit qaz ixrac edəcəyi təqdirdə ixraca görə haqq alacaqdır. Bu da dövlət büdcəmizə əlavə gəlir mənbəyi olacaq. Həm də iqtisadi bağlarla ölkələrin bir-birni sıx bağlanması siyasi münasibətlərin də müəyyən çərçivədə davam etməsini labüd edir. Düşünürəm ki, Rusiya Azərbaycan kimi vacib tərəfdaşını itirməyinə imkan yaratmaz və gərginliyin aradan qalxması istiqamətində ədalətli yola qayıdar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm