
İqsidaçı: Pensiyaların artım tempi rəsmi inflyasiya göstəriciləri ilə uyğunlaşdırılır
12:13 25.08.2025
Sosial
506
Pensiyaların orta aylıq əmək haqqı ilə deyil, digər sosial-iqtisadi göstəricilərlə müqayisə olunması məqsədəuyğun olardı
2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103.3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 101 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir. Onların 64.6 faizi yaşa, 23 faizi əlilliyə, 12.4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5 faiz artaraq 538.1 manat təşkil edib və ortaaylıq əməkhaqqının 49 faizinə bərabər olub.
"Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli Sərəncamına əsasən, 2025-ci ilin 1 yanvar tarixindən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14.3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub", - deyə məlumatda bildirilib.
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, pensiyaların artım tempi rəsmi inflyasiya göstəriciləri ilə uyğunlaşdırılır:

“Bu baxımdan artımların yaşam səviyyəsinə adekvat olduğunu müəyyən qədər qeyd etmək olar. Lakin müəyyən dövrdən sonrakı inflyasiyanın davam etməsi şəraitində pensiyaların artımı həyata keçirilmir. Məsələn, ilin əvvəlində pensiyalar 9 faizədək artırıldığı halda, ilin sonuna qədər əlavə artım olmadığından davam edən inflyasiya nəticəsində pensiyaçıların istehlak imkanları azalır və nəticə etibarilə onların yaşam səviyyəsi aşağı düşür. Pensiyaların orta aylıq əmək haqqının 50 faizinə yaxınlaşması isə mövcud reallığı əks etdirməyən statistik göstəricidir. Bu, orta aylıq əmək haqqının hesablanma mexanizminin fərqli olması ilə izah edilir. Çünki pensiya təyinatı və pensiyaların həcminin müəyyənləşdirilməsi ayrı mexanizmlər əsasında həyata keçirilir. Buna görə də pensiyaların orta aylıq əmək haqqı ilə deyil, digər sosial-iqtisadi göstəricilərlə müqayisə olunması məqsədəuyğun olardı. Məsələn, alıcılıq qabiliyyəti və ya istehlak səbətinin dəyəri ilə müqayisə aparılmalıdır. Hazırda bir insanın minimum yaşayış xərci Azərbaycanda 270 manat məbləğində müəyyən edilib. Lakin bu rəqəmi pensiyalarla müqayisə etdikdə, kifayət qədər yüksək göstərici olmadığı aydın olur. Əgər vətəndaşın yaşayış xərci mövcud reallığı əks etdirmirsə və orta aylıq əmək haqqının hesablanma mexanizmlərində uyğunsuzluqlar mövcuddursa, bu halda pensiya artımlarını həyat səviyyəsinin yüksəlməsi kimi qiymətləndirmək elmi baxımdan düzgün olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm