Azərbaycan SOCEA-ya sədrlik edəcək
17:25 11.09.2025
Siyasət
431
Azərbaycan Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasına (SOCEA) sədrlik edəcək.
Bu barədə "Sherg.az"a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidmətindən məlumat verilib.
Almatıda Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının (SOCEA) Baş Assambleyası keçirilib. Bu mühüm beynəlxalq forum Avropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiya xidmət təminatçılarını (ANSP) bir araya gətirərək uçuşların təhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası və regional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərin hazırlanmasına xidmət edir.
Azərbaycanı tədbirdə AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) təmsil edir. AZANS hökumətlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiya arxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.
Almatı Baş toplantısında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru SOCEA-nın Prezidenti seçilib və təşkilatın sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb. Bu addım Azərbaycanın Avrasiya miqyasında təhlükəsiz, qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmiş hava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalq səviyyədə tanınmasını bir daha təsdiqləyir.
SOCEA platforması 2023-cü ildə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarən uçuş təhlükəsizliyi strategiyalarının uyğunlaşdırılması, rəqəmsal həllərin tətbiqi, eləcə də hava hərəkəti idarəetmə proseslərinin regional səviyyədə inkişafı və standartlaşdırılmasına mühüm töhfə verib.
Hazırda SOCEA-ya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın aeronaviqasiya xidmət təminatçıları daxildir. Bu əməkdaşlıq regionun hava məkanında təhlükəsizlik və effektivlik üçün vahid yanaşma formalaşdırır.
SOCEA-nın inkişafı və gələcəkdə hava limanlarının da platformaya qoşulması, qlobal hava nəqliyyatı zəncirinin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstəklənən bu əməkdaşlıq Avropa–Mərkəzi Asiya Rəqəmsal Səması (E-CADS) layihəsinin həyata keçirilməsinə yol açacaq.
Bu təşəbbüs Avropa və Asiya arasında hava hərəkəti idarəetməsinin qarşılıqlı inteqrasiyasını təmin etməklə, uçuşların təhlükəsizliyini, müntəzəmliyini və davamlılığını artıracaq.
Qeyd edək ki, Azərbaycan hava məkanı Şərqlə Qərb arasında əsas tranzit dəhlizlərindən biridir və ildə 200 mindən çox uçuşa xidmət göstərir. AZANS beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və hava hərəkətinin idarə olunmasında müasir həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət