Rəşad Məcid: “İndi məqam yetişib, erməni jurnalistlər Bakıya gəlməlidirlər”
Yusif Nəzərli
06:35 25.10.2025
Media
882
Qarşılıqlı səfərlər sülhün açarı ola bilər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında İrəvanda keçirilən görüş qarşılıqlı etimadın bərpası istiqamətində mühüm addımdır. Sülh prosesinə vətəndaş cəmiyyətinin cəlb edilməsi önəmlidir. İndiyə qədər hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimlərinin, jurnalistlərinin, idmançılarının və bəzi hallarda deputatların müxtəlif tədbirlər çərçivəsində Azərbaycan və Ermənistana səfərləri baş tutmuşdu. Lakin bu dəfə reallaşdırılmış səfər sırf ikitərəfli təşəbbüsün və çərçivənin nəticəsidir. O baxımdan budəfəki səfər yüksək qiymətləndirilir. Sözügedən təmaslar iki ölkə arasında dialoqun artıq yalnız hökumətlər və diplomatik kanallarla deyil, həm də ictimai sferada aparıldığını göstərir. Belə görüşlərdə cəmiyyətlərin yaxınlaşması və birgəyaşayış mədəniyyətinin formalaşdırılması əsas müzakirə mövzularından olur. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin birbaşa dialoqa girməsi gələcəkdə ikitərəfli əməkdaşlıq formatının genişlənməsi üçün ümid yaradır. Hesab edilir ki, belə təşəbbüslərin davamlı olması iki ölkə arasında normallaşma prosesini gücləndirə bilər. Sonrakı periodda ziyalılar, alimlər, mədəniyyət xadimləri, ələlxüsus geniş auditoriyalara çıxış imkanları olan media təmsilçilərinin ikitərəfli görüşləri etimad mühitinin formalaşmasına daha çox töhfə verə bilər. Nəzərə alınmalıdır ki, bu, hələ başlanğıcdır, qarşıda hər iki xalqı uzun proses gözləyir.
Sülh prosesində vətəndaş cəmiyyətinin iştirakının önəmindən danışan Mətbuat Şurasının İdarə Heyətinin sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Sherg.az-a deyib ki, QHT nümayəndələrinin İrəvana səfərinə dair məlumatları izləyib. MŞ rəhbəri vurğulayıb ki, həm QHT rəhbəri Fərhad Məmmədovun, həm də "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədovanın səfər barədə fikirləri ilə tanış olub:
"Mən belə təmasları müsbət qiymətləndirirəm. Hamımız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını gözləyirik. Bugünlərdə Azərbaycan ərazisindən tranzit kimi Ermənistana Qazaxıstan taxılı keçirildi. Hesab edirəm ki, münasibətlərin tənzimlənməsi istiqamətində ictimaiyyətdə təbliğat yönündə müəyyən işlər aparılmalıdır. Şübhəsiz ki, vətəndaş cəmiyyətlərinin görüşü bu istiqamətdə tədbirlərin başlanğıcıdır, ilkin təşəbbüslərdir. Bunun ardınca, digər təmaslar da olacaq. Vaxtı ilə Azərbaycanın media nümayəndələrinin Ermənistana səfərləri olub. Qarşılıqlı səfərlər baş tutub. Artıq məqam yetişib ki, yenə də bu cür səfərlər təşkil olunsun. Əlbəttə, arzulayaram ki, Ermənistan KİV nümayəndələri Azərbaycana gəlsinlər, Bakıda olsunlar. Bakının inkişafını gözləri ilə görsünlər. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə tanış olsunlar. Qarşılıqlı səfərlər həm də etimad mühitinin yaranmasında bir vasitədir. İnanıram ki, bu cür səfərlər davamlı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm