Britaniyada səhvən azadlığa buraxılan miqrant yenidən həbs edilib
16:17 26.10.2025
Hadisə
415
Böyük Britaniyada səhvən azadlığa buraxılan miqrant Haduş Kebatu Londonda saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Metropoliten Polisi məlumat yayıb. O, bazar günü səhər saatlarında Londonun Finsbury Park ərazisində polis tərəfindən tutulub. Onun tutulmasına ictimaiyyət üzvünün məlumatı kömək edib.
Haduş Kebatu yeniyetmə qıza cinsi zorakılıq etdiyi üçün həbs olunmuşdu. O, Britaniyaya kiçik qayıqla daxil olub. Lakin cümə günü Çelmsford həbsxanasından azad edilərkən deportasiya üçün saxlanma mərkəzinə göndərilməli olduğu halda səhvən sərbəst buraxılıb.
Baş nazir Kir Starmer bu səhvin necə baş verdiyini araşdırmaq üçün təhqiqat başladıldığını deyib.
H. Kebatu daha əvvəl Esseks qraflığının Eppinq şəhərində yerləşən Bell otelində məskunlaşdırılmışdı. O, 14 yaşlı qıza cinsi zorakılıq etdiyinə görə həbs edilmiş, bu hadisə yay boyu şəhərdə etiraz aksiyalarına səbəb olmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual